Bakıda vəkil özünü kollegiyanın yanında yandırdı

Vəkil Zaur Məmmədov intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.

ƏvvəlkiQaz sayğacları sıfırlandı
NövbətiUkraynada müharibə nəticəsində 514 uşaq həlak olub