UFAZ-ın bakalavr proqramlarına qeydiyyat davam edir

2023-2024-cü tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına qeydiyyat davam edir.

Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib.

UFAZ-ın bakalavr səviyyəsində təhsil üçün təklif edilən ixtisaslar bunlardır: kompüter elmləri (60 yer), kimya mühəndisliyi (35 yer), geofizika mühəndisliyi (30 yer), neft və qaz mühəndisliyi (35 yer).

Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə keçirilmiş imtahanlarda mümkün 700 baldan azı 500 bal toplamış abituriyentlər UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.

UFAZ-da təhsil ingilis dilində aparılır və təklif edilən 160 yerin hamısı dövlət sifarişlidir.

Onlayn qeydiyyat avqustun 1-də saat 23:59-da başa çatacaq.

Əvvəlkiİmişlidə bələdiyyə sədrinə cinayət işi başlanılıb
NövbətiMİQ üzrə müsabiqənin ilk test imtahanı yekunlaşıb