UFAZ-da Geologiyaya həsr olunmuş simpozium

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Geologiyaya həsr olunmuş simpozium keçirilib.

Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, tədbirdə SOCAR-ın Geoloji və Geofiziki Kompilyasiyalar departamentindən doktor Bəylər Aslanov “Yevlax-Ağcabədi Mezozoy çöküntüləri – neft və qaz perspektivləri”, Strasburq Yer və Ətraf Mühit İnstitutundan doktor Matyu Şuster “Küləklə idarə olunan göllər: böyük göllərdə terrigen çöküntülərin köçürülməsində və paylanmasında küləyin rolu” mövzularında məruzə ilə çıxış ediblər.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Simpozium canlı yayımlanıb və Strasburq Universitetinin professor və müəllimləri diskussiyalarda iştirak ediblər.

ƏvvəlkiHərbi hissələrdə psixoloji işə dəstək tədbirləri davam etdirilir
Növbəti“Brent” markalı neftin qiyməti 119 dollaradək artıb