MDU-nun Bakı filialı 2023-2024-cü tədris ili üçün bakalavr səviyyəsinə sənəd qəbulunu davam etdirir

M.V.Lomonosov adına MDU-nun Bakı filialı 2023-2024-cü tədris ili üçün bakalavr səviyyəsinə sənəd qəbulunu davam etdirir. İxtisasların siyahısı, qəbul planı və qaydaları filialın msu.az rəsmi saytında yerləşdirilib.

MDU-nun Bakı filialının bakalavr səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu avqustun 9-dək (saat 16:00-dək) elektron qaydada aparılacaq.

Qeydiyyat formasını filialın msu.az saytında və ya Dövlət İmtahan Mərkəzinin dim.gov.az saytında doldurmaq olar.

Əlavə məlumat üçün əlaqə vasitələri: elektron poçt; pk@msu.az; telefonlar: (+994 12) 593 93 19, (+994 10) 215 75 15

ƏvvəlkiTürkiyənin “Beşiktaş” klubu “Qazprom”dan imtina etdi
NövbətiAzərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində beynəlxalq konfrans keçiriləcək