MİQ üzrə müsabiqənin ilk test imtahanı yekunlaşıb

Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. MİQ-in test imtahanı mərhələsində namizədlərə 150 dəqiqə vaxt verilir.

Əlli səkkiz minə yaxın namizədin iştirak edəcəyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

ƏvvəlkiUFAZ-ın bakalavr proqramlarına qeydiyyat davam edir
NövbətiSəfərbərlik Xidmətinin vəzifəli şəxsləri həbs edildi