THY-nin Bakı ofisinin rəhbəri dəyişib

“Türk Hava Yolları” (THY) şirkətinin Bakı nümayəndəliyində kadr dəyişikliyi olub.

“Report”un əldə etdiyi məlumata görə, nümayəndəliyə 2015-ci ildən rəhbərlik edən Seyfullah İlyas vəzifəsindən azad edilərək şirkətin Kasablankadakı (Mərakeş) ofisinə rəhbərlik edəcək.

Onun yerinə bu vəzifəyə Hamid Eldeleklioğlu təyin edilib. O həmçinin şirkətin Gəncə və Naxçıvan ofislərinə də rəhbərlik edəcək.

H. Eldeleklioğlu bu təyinata qədər THY-nin Pakistanın Pəncab vilayətinin Lahor şəhərindəki ofisinə rəhbərlik edib.

ƏvvəlkiKanadanın “Thej.ca” portalında Fransa Senatının ədalətsiz qərarını pisləyən məqalə dərc olundu
Növbətiİranda öldürülən etirazçıların sayı 400-ü ötüb