İranda öldürülən etirazçıların sayı 400-ü ötüb

İranda etirazlarda 402 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Norveç mərkəzli İran İnsan Haqları təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 58-i yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 16 813 nəfər həbs olunub. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 524 nəfər tələbədir. Nümayişlərə 140 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 150 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 nümayəndəsi öldürülüb.

ƏvvəlkiTHY-nin Bakı ofisinin rəhbəri dəyişib
NövbətiNoyabrın 19-da Azərbaycanda COVID-19 əleyhinə 594 doza vaksin vurulub