Ankara ilə Astana arasında birbaşa uçuşlara başlanılıb

Türk Hava Yolları (THY) Ankara ilə Astana arasında birbaşa aviareyslər həyata keçirməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk uçuşu THY-nin törəmə şirkəti olan “Anadolu Jet” aviaşirkətinin təyyarəsi Ankaranın Esenboğa Hava Limanından həyata keçirib.

Bildirilir ki, dekabrın 5-də 140 sərnişin daşıyan layner Astananın Nursultan Nazarbayev Hava Limanına enib.

Birinci mərhələdə uçuşlar Ankara-Astana-Ankara reysləri ilə həftədə iki dəfə həyata keçiriləcək.

ƏvvəlkiBeynəlxalq STEAM Azərbaycan Festivalına start verilib
NövbətiCeyhun Bayramov Moskvada naməlum əsgərin məzarı önünə əklil qoyub