Türk Hava Yolları Bakıdan Ankaraya birbaşa reyslər həyata keçirəcək

Türk Hava Yolları 2019-cu ilin fevral ayından Bakıdan Ankaraya birbaşa reyslərə başlayacaq.

Türk.az xəbər verir ki, bu barədə Türk Hava Yollarının satış direktoru Harun Baştürk deyib.

O bildirib ki, Türk Hava Yolları Bakıdan Türkiyənin İzmir, Antalya və Ankara şəhərlərinə birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır və bu istiqamətdə danışıqlar aparılır.

“Türk Hava Yolları” (THY) şirkəti bu ilin əvvəlindən Türkiyədən Azərbaycana (İstanbuldan Bakıya) və əks istiqamətdə 340 min sərnişin daşıyıb.

Onun sözlərinə görə, bu rəqəmin 2018-ci ilin yekununda 400 mini keçməsi gözlənilir.

“Təyyarələrimizin dolma göstəricisi 77% olub”, – THY rəsmisi qeyd edib.

Qeyd edək ki, bu gün aviaşirkət İstanbulun yeni hava limanından Bakıya ilk uçuşunu həyata keçirib.

ƏvvəlkiTÜRKSOY-un xalq çalğı alətləri orkestri Yaponiyada geniş konsert proqramı ilə çıxış edəcək
NövbətiDövlət əhəmiyyətli dəmir yolu xəttini sökənlər DTX tərəfindən saxlanılıb