Teymur Rəcəbov “Airthings Masters” turnirinin finalında ilk matçda ermənistanlı Levon Aronyanı məğlub edib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçında ermənistanlı Levon Aronyanla mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibini məğlub edib (2,5:1,5).

Xatırladaq ki, turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.

Əvvəlki“Amfibiya adam” filmində baş rolu canlandıran aktyor vəfat edib
NövbətiAzərbaycanda koronavirusdan daha 2918 nəfər sağalıb, 803 yeni yoluxma faktı qeydə alınıb