“Grand Chess Tour”: Teymur Rəcəbov növbəti 3 turda mübarizə aparacaq

Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin növbəti üç turu keçirilib.

AZƏRTAC xəbər verir ki, şahmatçımız rusiyalı Piter Svidler, amerikalı Uesli So, Fabiano Karuana ilə heç-heçə edib.

Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri start götürəcək.

ƏvvəlkiQazaxda taxıl sahəsindəki yanğın söndürülüb
NövbətiQazaxıstanın xarici işlər naziri Azərbaycana gəlib