Azərbaycanda koronavirusdan daha 2918 nəfər sağalıb, 803 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 803 yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 min 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 min 843 nəfər müalicə olunaraq sağalıb, 2733 nəfər vəfat edib. Hazırda 22 min 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6200, bu günə qədər isə ümumilikdə, 2 milyon 210 min 426 test aparılıb.

ƏvvəlkiTeymur Rəcəbov “Airthings Masters” turnirinin finalında ilk matçda ermənistanlı Levon Aronyanı məğlub edib
NövbətiTeymur Rəcəbov Levon Aronyanı məğlub edərək “Airthings Masters” turnirinin qalibi olub