Tərtərdə “Heydər Əliyev İli”nə həsr edilmiş şahmat turniri

Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində “Heydər Əliyev İli”nə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib. Turnirdə rayonun pilot məktəblərindən 6-8, 10-12, 14-16 yaş qrupları üzrə 30-u qız, 50-si oğlan olmaqla ümumilikdə 80 nəfər şagird iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıblar.

Sonra turnirə start verilib. Yarış olimpiya sistemi əsasında keçirilib. Qaliblər müvafiq dərəcəli diplomlarla təltif ediləcəklər.