Tərtərdə naməlum heyvan skeleti tapılıb

Tərtər rayonunun Hüsənli kəndində naməlum heyvan skeleti aşkar edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Qasımov Rafiq Əli oğlu evində təmir işləri apararkən, köhnəlmiş döşəməni sökdüyü zaman heyvan skeleti aşkar edib. Skeletin qəribə görünüşü sakinlərin marağına səbəb olub. Naməlum heyvanın skeletinə baxanlar onun hansı heyvana aid olduğunu müəyyən edə bilmirlər. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğunu deməyə əsas verir.

ƏvvəlkiSəbinə Əliyeva: Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalmaqla daim sülhsevər siyasət aparıb
NövbətiÖtən il bərpa olunan enerji mənbələrindən 2,1 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib