Avropa Çempionatında qızıl medal qazanan idmançımız Tərtərdə təntənəli şəkildə qarşılanıb

Kikboksinq idman növünün “Wako” versiyası üzrə Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Çempionatında qızıl medal qazanan Murad Qurbanov Tərtərdə təntənəli qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, idmançılar, Murad Qurbanovun ailə üzvləri, müəllimləri, sinif yoldaşları, dostları və ictimaiyyət nümayəndələri Avropa çempionu ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Murad Qurbanovu idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.

Sonda idmançıya qiymətli hədiyyə, Qarabağ Kikboksinq Klubunun baş məşqçisi beynəlxalq dərəcəli hakim Xəyyam Abuşova isə fəxri fərman təqdim edilib.

ƏvvəlkiBakıdan Qarabağda yaşayan erməniəsillilərə göndərilən ərzaq karvanı 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir
NövbətiTürkiyədə meşə yanğını başlayıb