Türkiyədə meşə yanğını başlayıb

Türkiyənin Ağrı vilayətində meşəlik ərazidə yanğın başlayıb.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Eleşkirt rayonunda qeydə alınıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Qeyd edilir ki, Yanıkdərə kəndi yaxınlığındakı otluq ərazidə başlayan yanğın ətrafdakı meşəliyə də keçib.

Bunu görən kənd sakinləri hadisə barədə müvafiq qurumlara xəbər veriblər.

Hazırda yanğının nəzarət altına alınması istiqamətində işlər davam etdirilir.

ƏvvəlkiAvropa Çempionatında qızıl medal qazanan idmançımız Tərtərdə təntənəli şəkildə qarşılanıb
NövbətiPrezident İlham Əliyev Slovakiya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib