Sumqayıt qatarının hərəkətində problem yaranıb

Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb.

“Report” xəbər verir ki, bu gün səhər saat 08:00-da Sumqayıt Dəmiryolu Stansiyasından çıxmalı olan qatarda texniki nasazlıq yaranıb.

Texniki nasazlıq səbəbindən bu qatarın hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib.

Sərnişinlər 08:48-də başqa qatarla Bakıda yola salınıblar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “Report”a faktı təsdiqləyib. O bildirib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən yola düşməyib. Onun sözlərinə görə, hazırda nasazlığın səbəbləri araşdırılır.

“Marştut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb”, – S.Qədirova vurğulayıb.

ƏvvəlkiNaxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub
Növbəti“Arşın mal alan” Özbəkistan Teatrının səhnəsində