Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada yanğın olub

Bu gün saat 00:25 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus xidmət sahəsi olan Goran Dartı Yarımstansiyasının birinci bölməsində yanğın baş verib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə briqadalarının köməyi ilə yanğın saat 02:30-da söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qısa zamanda yaxınlıqdakı digər Dartı Yarımstansiyalarından həmin mənzilə fasiləsiz elektrik enerjisinin verilməsi tam təmin olunub. Hazırda qatarlar qrafik üzrə hərəkət edir.

Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır.

ƏvvəlkiŞahdağa və Zaqatalaya qar yağıb
Növbətiİmtahanlarda zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsi başlanıb