Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 76 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 76 yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 min 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 min 709 nəfər müalicə olunaraq sağalıb, 9 min 857 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 372 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1916, bu günə qədər isə ümumilikdə 7 milyon 195 min 841 test icra olunub.

ƏvvəlkiAğalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib
NövbətiXurşidbanu Natəvan haqqında biblioqrafiya çapdan çıxıb