Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 53 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 min 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 944 nəfər müalicə olunaraq sağalıb, 9 min 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 314 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 60, bu günə qədər isə ümumilikdə 7 milyon 317 min 582 test icra olunub.

ƏvvəlkiRusiya Qara dənizdə baş verənlərlə bağlı BMT TŞ-ın iclasının çağırılmasını istəyib
NövbətiLerikdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb