Lerikdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Lerikdə Vətən müharibəsi şəhidləri Elnur İmran oğlu Əsədullayev, Murtuz Çingiz oğlu Abbasov və Təbriz Məhrəməli oğlu Talıbovun xatirəsi anılıb. Şəhidlərin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günündə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Dövlət Sərhəd Xidmətinin general-mayoru Hafiz Musayev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, müəssisə rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Eyni zamanda, Soru kəndində şəhidlərin əziz xatirəsinə inşa edilmiş abidə kompleksi və şəhid Təhsin Almas oğlu Cəfərovun məzarı ziyarət olunub.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 53 yoluxma faktı qeydə alınıb
NövbətiSomalidə Təhsil Nazirliyinə hücum zamanı ölənlərin sayı 100-ə çatıb