Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1315 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1315 yoluxma faktı qeydə alınıb, 1850 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 601 min 28 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 min 88 nəfər müalicə olunaraq sağalıb, 8 min 38 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 902 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 799 , bu günə qədər isə ümumilikdə 5 milyon 644 min 853 test icra olunub.

ƏvvəlkiŞəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir
NövbətiBu gün Azərbaycanda COVID-19-a qarşı 34 mindən çox vaksin vurulub