Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilir.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Siyəzənin Zarat kəndində yaşayan ailəsinə təhvil verilib.

Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.

Şəhid A.Əliyev Zarat kənd qəbirstanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

ƏvvəlkiNövbəti hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1315 yoluxma faktı qeydə alınıb