Bu gün Azərbaycanda COVID-19-a qarşı 34 mindən çox vaksin vurulub

Dekabrın 9-da Azərbaycanda 34 min 60 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 358 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 969 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 806 min 373, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 110 min 938, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 605 min 616 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 89 min 819 nəfər təşkil edir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1315 yoluxma faktı qeydə alınıb
NövbətiMilli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb