Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 103 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 103 yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 821 min 635 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 889 nəfər müalicə olunaraq sağalıb, 9 min 919 nəfər vəfat edib. Aktiv xəstə sayı 827 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 223, bu günə qədər isə ümumilikdə 7 milyon 254 min 846 test icra olunub.

ƏvvəlkiCenevrədə Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb
NövbətiOktyabrın 2-də Azərbaycanda COVID-19 əleyhinə 1140 doza vaksin vurulub