Oktyabrın 2-də Azərbaycanda COVID-19 əleyhinə 1140 doza vaksin vurulub

Oktyabrın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1140 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 660, ikinci doza vaksinlərin sayı 165, üç və daha çox doza vaksinlərin sayı 265, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 50-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 892 min 609, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 383 min 140, ikinci mərhələ üzrə 4 milyon 867 min 821, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 379 min 802, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 846-dır.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 103 yoluxma faktı qeydə alınıb
NövbətiAzərbaycanın mina təhlükəsi ilə bağlı bir qrup QHT rəhbəri bəyanat verib