Sentyabrın 16-da Azərbaycanda COVID-19 əleyhinə 945 doza vaksin vurulub

Sentyabrın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 945 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 252, ikinci doza vaksinlərin sayı 135, üç və daha çox doza vaksinlərin sayı 478, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 80-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 879 min 425, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 378 min 898, ikinci mərhələ üzrə 4 milyon 865 min 714, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 373 min 912, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 260 min 901-dir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 234 yoluxma faktı qeydə alınıb
NövbətiAzərbaycanın iki cüdoçusu Avropa çempionu olub