Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 234 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 234 yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 819 min 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 min 433 nəfər müalicə olunaraq sağalıb, 9 min 881 nəfər vəfat edib. Aktiv xəstə sayı 1810 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 929, bu günə qədər isə ümumilikdə 7 milyon 209 min 734 test icra olunub.

ƏvvəlkiŞəhid Fərid Quliyev Qaradağda dəfn olunub
NövbətiSentyabrın 16-da Azərbaycanda COVID-19 əleyhinə 945 doza vaksin vurulub