Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın daha bir cüdoçusu Çexiyanın paytaxtı Praqada təşkil olunan gənclərin Avropa çempionatında final görüşünü keçirib.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev həlledici qarşılaşmada italiyalı Brayt Maddaloni Nosanı sınağa çəkib.

Rəqibini ipponla məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da Azərbaycan cüdoçularının qitə çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medala sahib çıxıb.

ƏvvəlkiSentyabrın 16-da Azərbaycanda COVID-19 əleyhinə 945 doza vaksin vurulub
NövbətiSəmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub