Seneqalda iki avtobus toqquşub, çox sayda ölən və yaralanan var

Seneqalda iki avtobus toqquşub, azı 38 nəfər ölüb, 87 nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə paytaxt Dakardan 250 kilometr məsafədə yerləşən Kafrin şəhərində baş verib.

Yaralılar Kafrin xəstəxanasına yerləşdirilib.

Qəza ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.

ƏvvəlkiAzərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
NövbətiUkraynada 250 min kvadrat kilometr ərazi minalanıb