İsraildə avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər yaralanıb

Qüdsün qərbində avtobusun iştirakı ilə baş verən qəzada azı 33 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, avtobusda olan bütün sərnişinlərə – səkkiz yaşdan 12 yaşa qədər uşaqlara – tibbi yardım göstərilib, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. İki uşağın vəziyyəti ağırdır.

“Kan” radiosu daha əvvəl qəzada 12 nəfərin yaralandığını bildirmişdi. Avtobus Beyt-Şemeş şəhəri yaxınlığında aşıb.

ƏvvəlkiAnım Günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib
NövbətiVətən müharibəsi şəhidlərinin xatirəsi İsraildə də yad edilib