Anım Günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib

Anım Günü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib. Tədbirin əvvəlində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Təcili Tibbi yardım şöbəsinin təcili yardım həkimi Nərgiz Kərimova, Dr.Gülay Məmmədzadə, İT şöbəsinin rəisi Bəhruz Muradov, PR mütəxəssis Dilarə Zamanova, İT mühəndis Natiq Orucov və Sanitar Karantin Xidmətinin mütəxəssisi Vüsalə Ağayeva da iştirak ediblər.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilən vandalizm və soyqırımı aktlarından danışıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin ideyalarının sadiq davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuz işğal altındakı ərazilərimizi azad edib. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunmaqla yanaşı, regionun hərtərəfli inkişafı, qlobal əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar yaranıb.

Həmçinin Naxçıvan Baş Gömrük İdarəsinin rəhbərliyi və əməkdaşları Anım Günü ərəfəsində şəhid ailələrini də ziyarət edib. Bildirilib ki, xalqımız qəhrəman şəhidlərimizin xatirəsini hər zaman əziz tutacaq və onların keçdiyi şanlı döyüş yolu gələcək nəsillərin tərbiyəsində, vətənpərvər ruhda yetişməsində nümunə olacaq.

ƏvvəlkiDTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib
Növbətiİsraildə avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər yaralanıb