DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib

27 Sentyabr – Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa səhnələşdirib.

Bu barədə AZƏRTAC-a DTX-dən məlumat verilib.

Bildirilib ki, DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırımı və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olub.

ƏvvəlkiMərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə yaxınlaşır
NövbətiAnım Günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib