Qarabağ bölgəsində yaşayan erməni sakinlərin müraciətinə əsasən, 30 iritutumlu avtobus Xankəndiyə yola salınıb

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olmuşdur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.

Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

ƏvvəlkiMüdafiə Nazirliyi Xocalıda müsadirə edilən silah-sursatın görüntülərini yayıb
NövbətiŞanxayda “Bir kəmər, bir yol” ölkələrinin media və biznes nümayəndələrinin birgə konfransı keçirilib