Ukraynada 250 min kvadrat kilometr ərazi minalanıb

Ukraynada 250 min kvadrat kilometr ərazi minalanıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Cənubi Koreyanın “Yonhap” agentliyinə müsahibəsində deyib.

“İndi bu, dünyanın ən böyük mina sahəsidir. Bu, nəinki insanların hərəkətinə əngəl olur, həm də əsas sənayemizdən olan kənd təsərrüfatında ciddi pozuntulara səbəb olur”, – Şmıqal vurğulayıb.

Baş nazir əlavə edib ki, o ərazilərin təmizlənməsində Cənubi Koreyanın köməyinə ümid edir.

Hökumət başçısının sözlərinə görə, 250 min kvadrat kilometr bütün Koreya yarımadası, Rumıniya və ya Böyük Britaniyadan çoxdur.

ƏvvəlkiSeneqalda iki avtobus toqquşub, çox sayda ölən və yaralanan var
NövbətiAzərbaycan Pakistandakı daşqın fəsadlarının aradan qaldırılmasına əlavə 2 milyon dollar ayırıb