Şair Elşad Baratın saytının təqdimatı keçirildi

Aprelin 30-da Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Şəhidlər vurulduqda yox unudulduqda ölür!” layihəsi çərçivəsində Şair Elşad Baratın şəhidlərimizə həsr olunmuş şeirlərindən ibarət saytı hazırlanıb geniş izləyici aditoriyasının ixtiyarına verildi.

Bu barədə saytımıza məlumat verən “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyinin sədri, “Şəhidlər vurulduqda yox unudulduqda ölür!” layihəsinin rəhbəri Səidə Hüseynova bildirib ki, həyata keçirdikləri layihə çərçivəsində gənc və istedadlı şair Elşad Baratın 44 günlük vətən müharbəsinin qəhrəmanlarına həsr olunmuş şeirlər kitabı yenidən nəşr olundu və şairin şeirlərindən ibarət sayt hazırlanıb istifadəçilərin ixtiyarına verildi. Bu gün saytın təqdimatı münasibətilə tədbir təşkil etdik. Tədbirdə həm ölümsüzlərimizi – şəhidlərimizi hörmət və ehtiramla andıq həm də ədəbiyatımızda bu mözunun daha rəngarəng formada işıqlandırılması ətrafında ictimai fəalların və yaradıcı insanların iştirakı ilə çox faydalı müzakirələr apardıq. Təşkilat olaraq gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Şəhidlərimizin əziz xatirələrinin daim yad edilməsi bizlərin həm də şərəf borcudur.

ƏvvəlkiUkrayna hərbçiləri Xarkovun bir sıra yaşayış məntəqələrini azad edib
NövbətiAzad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində sonuncu təlim keçirildi