Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində sonuncu təlim keçirildi

Mayın 1-də Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində sonuncu onuncu təlim keçirildi.

Sonuncu- onuncu təlimim əyani olaraq miniatür kitablardan necə kitabxana yaratmağın mümkün olduğunu şagirdlərə göstərmək üçün Zəngilan rayon 4 saylı tam orta məktəbin şagirdləri ilə İçərişəhərdə yerləşən Miniatür kitabxansında keçrildi. Layihənin sona çatması barədə Layihə rəhbəri Pərvanə Talıbova məlumat verdi. Amma bu layihənin davamı olacağını, hətta dərnəklərin fəaliyyətinin gələcəkdə Azad Müəllimlər İctimai Birliyi tərəfindən izlənəcəyini bildirdi. Yekun Dəyirmi Masa günü sertifikatların və növbəti hədiyyələrin də veriləcəyi xəbəri həm valideynləri, həm də uşaqları çox məmnun etdi.

Ekspert Aytac Talıblı sertifikatlaşma günü yekun qiymətləndirmə xarakterli sorğu keçiriləcəyini də elan etdi.

Təlimçi Nüşabə Mehtiyeva elə miniatür kitabxananın qarşısında həmin kitabxana haqqında geniş məlumatı iştirakçılara təqdim etdi və sorğu ilə onlardan oxuduqları məlumatı paylaşmağa şərait yaratdı.

Dairəvi masa arxasında oyun- tapmaca keçirildi. Hadisələr və onların tarixi adlı bu oyun- tapmacada iştirakçılar bu günə qədər öyrəndikləri məlumatların uyğunluğunu yaratdılar.

ƏvvəlkiŞair Elşad Baratın saytının təqdimatı keçirildi
NövbətiAzərbaycan mədəniyyətini təbliğ edəcək portalın təqdimatı keçirildi