Azərbaycan mədəniyyətini təbliğ edəcək portalın təqdimatı keçirildi

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan mədəniyyətini təbliğ edəcək portalın yaradılması“ layihəsi sona çatmışdır.

Layihə nəticəsində yaradılmış  www.azerbaijanculture.info Azərbaycan mədəniyyətini təbliğ edəcək portalın təqdimat mərasimi Zoom platforması üzərindən 30 aprel 2022-ci il tarixdə Bakı vaxtı ilə saat 20.00-da təşkil edilmişdir.

Tədbiri çıxış sözü ilə layihə rəhbəri Samir Həsənov açmış yaradılmış imkanlara Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkürünü bildirmişdir.

təqdimat mərasimi

Portalın təqdimatı layihənin eksperti Yusif Süleymanlı tərəfindən aparılmışdır. Ekspert portalda yaradılmış bölmələrlə təqdimat iştirakçılarını tanış etmiş və verilən sualları cavablandırmışdır.

Portalın təqdimatı canlı olaraq həm Zoom platformasında həmdə facebook sosial şəbəkəsində yayımlanmışdır.

https://www.facebook.com/ulduz.org/videos/707439490672197

ƏvvəlkiAzad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində sonuncu təlim keçirildi
NövbətiAzərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurub