Şəki şəhər Səməd Vurğun adına folklor evində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ”Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində 21 Oktyabr 2023-cü il saat 15:00-da, Şəki şəhər Səməd Vurğun adına folklor evində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.

Açılış sözü ilə çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır.

Bədii gecədə Şəki şəhər 4 nömrəli U.M.M-nin xor şöbəsinin müdiri Fərqanə Salamova, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin drijoru Zabil Məmmədov, Şəki Şəhər Uşaq İncəsənət məktəbinin Müəllimi Xumar Əsədova və şagirdləri, Şəki 4 nömrəli Uşaq musiqi məktəbinin tar müəllimi Səxavət Cumayev, Şəki şəhər 4 nömrəli U.M.M-nin nağara müəllimi Elman Salmanov, Bilqeyis Ələskərova adına Folklor evinin kamança üzrə metodisti Rüstəm Xəlilməmmədov söz adamları iştirak edib. Layihə çərçivəsində “Kəlağayı əlvan qıyqacı” kitabı oxuculara təqdim olunub. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə, təşkilatı dəstəyə görə Şəki şəhər İcra Hakimiyyətinə, Mədəniyyət idarəsinə təşəkkürlərini bildirib.

ƏvvəlkiBakı Dövlət Universitetində tələbələrlə hərbi vətənpərvərlik mövzusunda görüş keçirilib
NövbətiBakıda Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi mövzusunda tədbir keçirilib