Bakı şəhər Xəzər Universitetində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ”Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində 24 Oktyabr 2023-cü ildə, Bakı şəhər Xəzər Univesitetində  kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.

Açılış sözü ilə çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır. Tədbirdə vətənimizin bütövlüyü, azadlığı, suverinliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Bədii gecədə  şair, publisist – Rəfail Tağızadə, tarixçi, araşdırmaçı Vaqif Osmanov, şairlərdən Brilyant Atəş, Fərzalı Abbasəli oğlu,  Zərəngiz Dəmirçiyeva, Zaur Naqani, 225 saylı məktəbin direktor müavini, yazıçı  Zenfira Nusalova , aşıqıardan Gözəl Kəlbəcərli, Əli Kəlbəcərli,  Ramin Qarayev, Nərmin Gədəbəyli, Ləman Məhərrəmzadə , bəstəkar Almaz Yaqub, İsmət Qayıbov adına  Sumqayıt şəhər 1 saylı məktəbin 2 – ci sinif şagirdi Fərman Əzizov   və başqa söz adamları iştirak edib. Layihə çərçivəsində “Kəlağayı əlvan qıyqacı” kitabı oxuculara təqdim olunub. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə, təşkilatı dəstəyə görə Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlıya təşəkkürünü bildirib.

Qeyd edək ki, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ”Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki şəhərlərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkili və “Kəlağayı əlvan qıyqacı” kitabının təqdimatının keçirilməsi nəzərdə tutulub.

ƏvvəlkiADA Universitetində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisi açılıb
NövbətiAzərbaycan Həştərxanda keçirilən beynəlxalq nəqliyyat forumunda təmsil olunub