Səudiyyə Ərəbistanına dolu yağdı

Səudiyyə Ərəbistanının Əl-Cəvf bölgəsində güclü dolu və leysan yağışı müşahidə edilib.

Trend xəbər verir ki, dolu yağışı hərəkətdə olan bir neçə avtomobilin şüşələrinin sınmasına səbəb olub.

Mülki Müdafiə Baş İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Qurum əhalini intensiv yağışlar səbəbilə baş verə biləcək ani sel fəlakətlərinə qarşı diqqətli olmağa çağırıb. Sakinlərə mümkün qədər evdə qalmaları tövsiyə olunub.

Ölkənin hidrometeorologiya xidməti bazar günü həftə ərzində bir çox bölgəyə təsir edəcəyi gözlənilən tufan, dolu, daşqın və tufanlar barədə xəbərdarlıq etmişdi.

ƏvvəlkiTürkiyə və Azərbaycan Avropaya qaz tədarükünə kömək etməyə çalışır
NövbətiTürkiyə və Bolqarıstan Azərbaycandan təbii qaz nəqlinin həcmini artıran sazişlər imzalayacaq