Ağstafada diametri 28 millimetrə çatan dolu müşahidə olunub

Milli Hidrometeorologiya Xidməti iyunun 20-si saat 22:00-a olan faktiki hava barədə məlumat yayıb.

AZƏRTAC Xidmətin məlumatına istinadla xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağır.

Saat 20:10 radələrində Qazax rayonuna diametri 10-12 millimetr, saat 20:20 radələrində isə Ağstafa rayonu ərazisinə diametri 25-28 millimetr olan dolu düşüb.

ƏvvəlkiTramp Kubada əməliyyat ehtimalını istisna etməyib
NövbətiAzərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib