Türkiyə və Azərbaycan Avropaya qaz tədarükünə kömək etməyə çalışır

Biz Azərbaycanla birlikdə Bolqarıstana və Cənub-Şərqi Avropa ölkələrinə enerji tədarükünə kömək etməyə çalışırıq.

Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Mövlud Çavuşoğlu bildirib ki, bu məqsədlə “TANAP”ın ötürmə gücünün ikiqat artırılmasına dair işlər davam edir.

Qeyd edək ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb.

ƏvvəlkiABŞ Ermənistanının bir sıra müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edib
NövbətiSəudiyyə Ərəbistanına dolu yağdı