Sərbəst güləş üzrə Azərbaycan millisi dünya üçüncüsü olub

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 2 gümüş, 3 bürünc medal qazanan Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub.

ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.

Xatırladaq ki, yığmanın tərkibində Zirəddin Bayramovla (65 kiloqram) Əşrəf Aşırov (79 kiloqram) gümüş, Kənan Heybətov (70 kiloqram), Abdulcəlil Şabanov (92 kiloqram) və Vaxit Qalayev (125 kiloqram) isə bürünc medal qazanıb.

ƏvvəlkiAzərbaycan Həştərxanda keçirilən beynəlxalq nəqliyyat forumunda təmsil olunub
NövbətiPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib