Şəhid Allahverdi Allahverdiyevin adına bulaq inşa olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şağan qəsəbə Mədəniyyət Mərkəzinin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Allahverdi Allahverdiyevin adına Şağanda inşa olunan bulağın açılış mərasimi keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhidin yaxınları və rayon sakinləri iştirak ediblər.

124 və 181 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

ƏvvəlkiHeydər Əliyev Mərkəzində “Dünya xəzinələri – Azərbaycan” filminin premyerası olacaq
NövbətiADB Azərbaycanda dənizdə bərpa olunan enerji istehsalına investisiya qoymaqda maraqlıdır