“İşğaldan azad olan tarixi abidələrimiz” adlı sərgi açılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “İşğaldan azad olan tarixi abidələrimiz” adlı rəsm sərgisi aşılıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə qonaqlar əvvəlcə Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər.

Mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Sonra “İşğaldan azad olan tarixi abidələrimiz”adlı rəsm sərgisinə baxış keçirilib.

Tacikistan Respublikasının Azərbaycandakı səfiri Rustam Solisərgi sərgilənən rəsm əsərlərini yüksək qiymətləndirərək, ölkələrimiz arasındakı dostluq münasibətindən, hər iki xalqın tarixi köklər, mədəniyyət, musiqi və sənət sahəsindəki oxşarlıqlarından bəhs edib.

Sonda rəssamlar Yasamal rayon Heydər Əliyev Mərkəzinin diplomları ilə təltif olunub.

Əvvəlki“Güllələnmiş heykəllər”in alınaraq Azərbaycana qaytarılmasına 500 min dollar xərclənib
NövbətiUkraynada təhsil alan azərbaycanlı tələbələr köçürülmə üçün müraciət edə bilərlər