Qurban Qurbanov beynəlxalq reytinq cədvəlində beş pillə irəliləyib

Dünyanın ən yaxşı 500 baş məşqçinin reytinq siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədə qərarlaşıb. Əlli bir yaşlı mütəxəssisin hesabında 1595 xal var.

Qurban Qurbanov ötən siyahı ilə müqayisədə beş pillə irəliləyib.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.

ƏvvəlkiNATO-dan Çinə xəbərdarlıq
NövbətiAzərbaycan və Ermənistan həll olunmamış məsələlərin sayını azaldıblar – ABŞ Dövlət Departamenti