NATO-dan Çinə xəbərdarlıq

NATO-nun Baş katibi Yens Stoltenberq Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını təxmin etdiklərini bildirib.

AZƏRTAC xəbər verir ki, Stoltenberq Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitinin sonunda keçirdiyi mətbuat konfransında sualları cavablandırarkən belə deyib.

O bildirib ki, həmin ildə Çin bütün Şimali Amerika və Avropaya çata biləcək raketlərə də sahib ola bilər.

Təhlükəsizliyin təkcə regional deyil, qlobal xarakter daşıdığını vurğulayan Stoltenberq, Çinin hərbi imkanlara sərmayə qoymasına işarə edib.

“Çinin 2035-ci ilə qədər bütün Şimali Amerika və Avropaya, yəni NATO ərazisinə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacağını gözləyirik. Biz Çinin buna nə qədər yaxınlaşdığını görürük”, – deyə Stoltenberq bildirib.

ƏvvəlkiBaş nazir Əli Əsədov TBMM-in sədri Numan Kurtulmuşla görüşüb
NövbətiQurban Qurbanov beynəlxalq reytinq cədvəlində beş pillə irəliləyib