Qırğızıstan-Tacikistan sərhədində toqquşmada bir nəfər həlak olub

Qırğızıstan-Tacikistan sərhədində səhər saatlarında baş vermiş silahlı toqquşma nəticəsində bir tacikistanlı sərhədçi həlak olub.

Trend bu barədə TASS agentliyinə istinadən məlumat verir.

Həmçinin, Tacikistan tərəfindən bir neçə yaralının olduğu deyilir.

Qeyd edək ki, tərəflər arasında səhər saatlarında baş vermiş toqquşmanın hazırda dayandığı barədə məlumat verilib.

ƏvvəlkiŞəhid Səid Həsənov dəfn olunub
NövbətiNeftçalada şəhid Rəfail Fətullayev dəfn edilib