Neftçalada şəhid Rəfail Fətullayev dəfn edilib

Xəbər verildiyi kimi sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Trend xəbər verir ki, törədilən təxribat zamanı Neftçala rayonu Bankə qəsəbəsində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Fətullayev Rəfail Rüfət oğlu Kəlbəcər rayonu Alagöllər ərazisində qəhrəmancasına şəhid olub.

Şəhid Fətullayev Rəfail Rüfət oğlu bu gün Neftçala şəhər Mərkəzi qəbristanlığında dəfn olunub.

ƏvvəlkiQırğızıstan-Tacikistan sərhədində toqquşmada bir nəfər həlak olub
NövbətiABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət edib